Mane dubl etdi, komandası qələbə qazandı

  • 19 Aprel 2024, 21:05

Səudiyyə Ərəbistanı çempionatının 28-ci turunun matçında "Əl-Nəsr" doğma meydanda "Əl-Feyha"nı məğlub edib - 3:1.

Sportlife.az xəbər verir ki, meydan sahiblərinin heyətində Sadio Mane dubl edib. Seneqallı 76 və 82-ci dəqiqələrdə fərqlənib. “Liverpul”un keçmiş futbolçusu het-trik edə bilərdi, lakin ilk hissədə penaltini dəqiq yerinə yetirə bilməyib. Daha bir qolu Abdulela Əl-Əmri vurub (72-ci dəqiqə).

Qonaqların yeganə qolunu 6-cı dəqiqədə “Spartak”ın sabiq hücumçusu Faşion Sakala vurub.

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo matçı buraxıb.

“Əl-Nəsr” (68 xal) Səudiyyə Ərəbistanı çempionatında “Əl-Hilal”dan 9 xal geri qalaraq ikinci yeri tutmaqda davam edir. "Əl-Feyha" (35 xal) turnir cədvəlində 11-cidir.


Paylaş: