Məşhur futbolçu millidə vida matçına çıxacaq
Zlatan İbrahimoviç İsveç millisinin heyətində vida matçı keçirəcək.
Sportlife.az xəbər verir ki, bu, iyunun 8-də Serbiya ilə keçiriləcək yoldaşlıq görüşünə təsadüf edəcək.
“Friends Arena”da baş tutacaq qarşılaşmada İbrahimoviç sonuncu dəfə yığmanın formasını geyinəcək. 42 yaşlı hücumçu 2023-cü ilin yayında dizindəki zədə səbəbindən karyerasını başa vurduğunu açıqlayıb.
Qeyd edək ki, Zlatan İbrahimoviç İsveç yığmasında keçirdiyi 122 oyunda 62 qol vurub.