Məşhur klubun 18 xalı silindi

  • 19 Aprel 2024, 20:03

Niderland Kral Futbol Assosiasiyasının (KNVB) müstəqil lisenziya komitəsi "Vitess"in 18 xalını alıb.

Sportlife.az klubun saytına istinadla xəbər verir ki, buna səbəb lisenziya tələblərinin pozulması olub. Klubun hesabatları səhv tərtib edilib. "Vitess" lisenziya komitəsinin qərarından apellyasiya şikayəti verməmək qərarına gəlib. Nəhayət, klub diqqətini lisenziyasını saxlamağa yönəltmək istəyir.

İndi komandanın Niderland çempionatının turnir cədvəlində -1 xalı var.


Paylaş: