Messi və ailəsinin karantində olduğu MÖHTƏŞƏM MALİKANƏ - FOTOLAR/VİDEO
Dünyanın ikinci ən yüksək məvacibli futbolçusu olan Messi karantin günlərini ailəsi ilə birlikdə Barselonanın Bellamar bölgəsindəki böyük malikanəsində keçirir.
Barselonanın Castelldefels bələdiyyəsində yerləşən bu bölgə nüfuzlu və bahalı bir yaşayış məhəlləsi sayılır. Kataloniyanın ən eksklüziv məhəlləsi hesab edilən bu ərazidə evlər çox yüksək qiymətlərə satılır. Messinin malikanəsinin qiymətinin isə 5.2 milyon avro olduğu deyilir.
Malikanənin həyətində oyun meydançası, kiçik stadion, üzgüçülük hovuzu, panoram pəncərələr və bir neçə terras var.
Messinin evi ilə "Nou Camp" stadionu arasındakı məsafə 19 km-dir.





