Modriç hamını geridə qoydu

  • 9 Fevral 2025, 11:37

İspaniya La Liqasının 23-cü turunda keçirilən "Real" - "Atletiko" (1:1) matçı Luka Modriç üçün əlamətdar olub.

Sportlife.az xəbər verir ki,  xorvatiyalı yarımmüdafiəçi bu görüşdə meydana çıxmaqla derbidə 40-cı oyununu keçirib.

Modriç legionerlər arasında Madrid derbisində ən çox iştirak edən futbolçu olub. Bundan əvvəlki rekord 39 oyunla Kərim Benzemada idi.

Qeyd edək ki, 39 yaşlı Modriç 2012-ci ildən "Real"da çıxış edir. O, bu mövsüm İspaniya klubunda 35 oyuna 3 qol vurub, 5 qol ötürməsi edib.


Paylaş: