
"Müller hələ də əla formadadır"
"Bavariya"nın hücumçusu Harri Keyn komanda yoldaşı Tomas Müller haqda fikirlərini bölüşüb.
Sportlife.az xəbər verir ki, ingiltərəki forvard həmkarının həm fiziki, həm də əqli cəhətdən əla formada olduğunu bildirib:
"Hər dəfə meydançaya çıxanda komandaya fayda gətirir".
Qeyd edək ki, Müller cari mövsümün sonunda "Bavariya"dan ayrılacaq.