Nazarovun Bundesliqa klubunda növbəti qolu
Millimizin üzvü Dmitri Nazarov Almaniyanın II Bundesliqasında növbəti qolunu vurub.
Sportlife.az xəbər verir ki, futbolçumuzun şərəfini qoruduğu "Aue" III tur çərçivəsində “Braunşveyq”in qonağı olub. Görüşün 24-cü dəqiqəsində Nazarov vurduğu qolla hesabı açsa da, 2 dəqiqə sonra meydan sahibləri hesabı bərabərləşdiriblər.
Qeyd edək ki, 3 turdan sonra "Aue" 1 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.