
Neymarın arzusu
"Santos"un hücumçusu Neymar yay transfer pəncərəsində Avropaya qayıtmaq istəyir.
Sportlife.az xəbər verir ki, bu barədə "Cadena Ser" nəşri məlumat yayıb.
Bildirilib ki, braziliyalı Avropa futboluna qayıtmaq və yenidən dünyanın ən yaxşı liqalarında oynamağı arzulayır. Bütün mümkün variantlar arasında isə onun tərəddüd etmədən qəbul edəcəyi bir təklif var - "Barselona".
Qeyd edək ki, Neymar qış fasiləsində "Santos"a keçib.