"Növbəti səviyyəyə yüksəlmək istəyirəmsə, belə vəziyyətlərdə qol vurmalıyam"

  • 4 Mart 2024, 17:04

"Yuventus"un futbolçusu Duşan Vlahoviç A Seriyasının 1:2 hesablı matçında "Napoli"yə qol vura bilməməsindən şikayətlənib.

Sportlife.az xəbər verir ki, Vlahoviç bu barədə "Football Italia"ya danışıb.

“Şanslardan istifadə edə bilmədiyim üçün təəssüflənirəm. Əgər olmaq istədiyim şəxs olmaq, növbəti səviyyəyə yüksəlmək istəyirəmsə, belə vəziyyətlərdə qol vurmalıyam. Komandaya qələbə gətirmək üçün epizodlarım oldu. Bu həftə çox çalışdım və hər şeyi etdim, amma qol vura bilmədim" - deyə forvard bildirib.


Paylaş: