
"Ola bilsin ki, Dzyuba futboldan bezib"
"Lokomotiv"in sabiq hücumçusu Roman Pavlyuçenko "Dəmiryolçular"ın hücumçusu Artyom Dzyubanın durumundan danışıb.
Sportlife.az xəbər verir ki, Roman bu barədə "Metaratings.ru"ya açıqlama verib.
“Dzyuba niyə Çinə gedir? Yəni Slutski "YouTube" üçün videolar çəksin və Dzyuba bu videolarda rol alsın? Ümumiyyətlə, Artyomun özündən soruşmaq lazımdır, o, bundan sonra nə istəyir? O, futbola davam etmək istəyirsə, o zaman Rusiya klublarının belə futbolçulara ehtiyacı var. Məqsədlərini bilmirəm, amma bir-iki mövsüm oynamasını istərdim, çünki o, parlaq futbolçudur. Belə futbolçuların təqaüdə çıxdığını görmək çətindir. Ola bilsin ki, Artyom futboldan bezib, çünki o, artıq "YouTube"da reklamlara çəkilir. Əgər oynamaq istəmirsə, o zaman Çinə getməyəcək, baxmayaraq ki, hansısa vəzifəyə gedə bilər”, - Pavlyuçenko bildirib.
35 yaşlı Dzyuba 2023-cü ilin fevralından "Lokomotiv"də çıxış edir. Forvard paytaxt təmsilçisinin heyətində 34 oyunda 12 qol vurub, 9 məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsi cari mövsümün sonuna qədər davam edir və daha bir il uzatma imkanı var.