"Onun səviyyəsi məni heyran edir"

  • 23 Aprel 2025, 11:53

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Erik Qarsiyanın çıxışını şərh edib.

Sportlife.az xəbər verir ki, alman mutəxəssis futbolçu haqqında bunları deyib:

"Onun səviyyəsi məni heyran edir. Sağ cinah müdafiəçisi kimi də özünü doğruldur. Həm meydanda, həm də soyunub-geyinmə otağında komanda üçün çox vacibdir. Ona arxalana bildiyim üçün şadam".

Qeyd edək ki, 24 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 37 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.


Paylaş: