Özbək futbolçu İngiltərə nəhənginə keçməyə yaxındır

  • 10 Yanvar 2025, 15:10

Özbəkistanlı futbolçu Abdukodir Xusanov "Mançester Siti"yə transfer olmağa çox yaxındır.

Sportlife.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, "şəhərlilər" onun klubu "Lans"la danışıqlara ötən il sonundan başlayıb. Artıq tərəflər arasında son müzakirələr gedir.

MS-nin baş məşqçisi Pep Quardiola da onun keçidinə "yaşıl işıq" yandırıb.

Xusanov 2023-cü ilin yayında cəmi 500 min avroya "Lans"a transfer olub. Fransa klubu onun transferindən 50 milyon avro qazana bilər.


Paylaş: