
Pikenin ÇL favoriti
"Barselona"nın və İspaniya millisinin sabiq müdafiəçisi Jerar Pike PSJ-nin bu mövsüm Çempionlar Liqasını qazanmaq şansları haqda danışıb.
Sportlife.az xəbər verir ki, o, parislilərin "Liverpul"u keçə bilməsinə təəccüblənib. Veteran futbolçu PSJ-nin baş məşqçisi Luis Enrikenin əla iş gördüyünü qeyd edib.
"Düşünürəm ki, PSJ bu mövsüm Çempionlar Liqasının favoritlərindən biridir", - deyə Pike əlavə edib.