Qol sevincini evli qadını öpərək qeyd etdi - FOTO

  • 19 Aprel 2024, 19:17

“Fiorentina”nın baş məşqçisi Vinçenzo İtaliano komandasının Avropa Liqasının 1/4 finalında “Viktoriya Plzen”lə cavab oyununda (2:0) vurduğu qolları emosional şəkildə qeyd edib.

Sportlife.az xəbər verir ki, komandanın ilk qolundan sonra 46 yaşlı mütəxəssis jurnalist Vanessa Leonardi ilə öpüşüb. Xatırladaq ki, İtaliano evlidir və iki övladı var. Leonardi isə idman jurnalisti ilə evlidir.

“Fiorentina” Çexiya klubunu ümumi hesabda (2:0) məğlub edərək Konfrans Liqasının yarımfinalına yüksəlib. Orada florensiyalılar “Brügge” ilə qarşılaşacaq.


Paylaş: