"Qolovin və Kvaratsxeliyanı müqayisə etməyin mənası yoxdur"
Rusiya millisinin sabiq baş məşqçisi Fabio Kapello “Monako”nun yarımmüdafiəçisi Aleksandr Qolovin və “Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya ilə bağlı sualı cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis birmənalı şəkildə Kvaratsxeliyanı daha üstün sayıb.
“Rusiya Premyer Liqasının keçmiş oyunçularından hansı Avropada daha parlaq oynadı: Kvaratsxeliya, yoxsa Qolovin? Bu kontekstdə Qolovin və Kvaratsxeliyanı müqayisə etməyin mənası yoxdur” - deyə "RB Sport" Kapellodan sitat gətirib.
Kvaratsxeliya 2022-ci ildə "Napoli"yə keçib. Bu mövsüm 23 yaşlı oyunçu neapolluların heyətində bütün turnirlərdə 36 oyuna çıxıb, 10 qol vurub və 5 məhsuldar ötürmə edib.
Qolovin 2018-ci ildən "Monako"da çıxış edir. 27 yaşlı rusiyalı bu mövsüm 25 matçda 6 qol vurub və 5 məhsuldar ötürmə edib.