Qordon ən çox qazananlardan biri olacaq

  • Dünən, 14:59

"Nyukasl" klubu futbolçusu Entoni Qordonla müqavilə uzatmaq barədə razılığa gəlib.

Sportlife.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun yeni sözləşməsi 2029-cu ilin yayına qədər olacaq. O, klubun ən çox məvacib alan oyunçularından biri olacaq.

Qordon bu mövsüm Premyer Liqada 5 oyuna çıxıb və 1 qol vurub.


Paylaş: