Qvardioladan Palmer açıqlaması

  • 19 Aprel 2024, 22:22

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer haqqında fikirlərini bölüşüb.

Sportlife.az xəbər verir ki, Qvardiola bu barədə ESPN-ə danışıb.

“Koul müstəsna oyunçudur. Mən dəfələrlə demişəm ki, Palmerin yəqin ki, layiq olduğu dəqiqələri ona verməmişəm və indi o dəqiqə "Çelsi"də var. İki mövsüm üçün ayrılmasına icazə verilməsini istədi. Biz nə edə bilərdik?" - deyə Qvardiola bildirib.

Palmer "Çelsi"yə keçən il sentyabrın 1-də "Mançester Siti"dən keçib. O, "Mavilər"in heyətində 38 oyun keçirib, 23 qol vurub və 13 məhsuldar ötürmə edib.


Paylaş: