"Real" gələn yay fransalı futbolçusunu sata bilər
"Real" gələn yay Orelyen Çuamenini satmağı düşünür.
Sportlife.az "Fichajes" portalına istinadən xəbər verir ki, "kral klubu" fransalı yarımmüdafiənin dəyərini 66 milyon funt-sterlinq olaraq bəlirləyib.
"Liverpul" Çuameni ilə yaxından maraqlanan klublardan biridir.
Çuameni 2022-ci ilin yayında 80 milyon avroya "Monako"dan "Real"a transfer olub.