
Rusiya və ABŞ yoldaşlıq oyunu keçirə bilər
Rusiya və ABŞ yığmaları arasında yoldaşlıq oyunu keçirilə bilər.
Sportlife.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFU) prezidenti Aleksandr Dyukov açıqlama verib.
Funksioner belə bir matçının təşkilinin mümkün olduğunu bildirib: "Oyunun keçirilməsi ilə bağlı müqavilə imzalanandan sonra müəyyən şərhlər verə bilərik. ABŞ-la oynamaq maraqlı olardımı? Əlbəttə, güclü komandadır".
Rusiya və ABŞ yığmaları sonuncu dəfə 2012-ci ildə yoldaşlıq oyunu keçirib. Krasnodarda baş tutan görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşmışdı.