Serbiya millisində yeni təyinat
Serbiya U-21 millisinin yeni baş məşqçisi bəlli olub.
Sportlife.az xəbər verir ki, bu posta Aleksandr Kolarov gətirilib. Bu, onun ilk baş məşqçilik təcrübəsi olacaq.
Kolarov peşəkar futbolçu karyerasını 2022-ci ilin yayında bitirib. O, karyerası ərzində "Mançester Siti", "Roma", "Latsio" və "İnter" kimi klublarda çıxış edib.
Serbiya millisində 94 oyuna çıxıb, 11 qol vurub.