Simons qərarını verdi

  • Bu gün, 11:35

"Leyptsiq"in yarımmüdafiəçisi Xavi Simons yay transfer pəncərəsində komandanı tərk etmək qərarına gəlib.

Sportlife.az xəbər verir ki, niderlandlı futbolçu ilə "Bavariya", "Arsenal", "Liverpul", "Mançester Siti" və "Mançester Yunayted" maraqlanır. Alman klubu Simons üçün təxminən 80 milyon avro tələb edəcək.

2024/25 mövsümündə Simons "Leyptsiq"in heyətində bütün turnirlərdə 32 matçda 10 qol vurub və 8 məhsuldar ötürmə edib.


Paylaş: