Sloveniyalı forvarddan gözlənilməz qərar

  • 11 İyun 2024, 12:39

Benyamin Şeşko "Leyptsiq"də qalmağa qərar verib.

Sportlife.az insayder Fabritsio Romanoya əsasən xəbər verir ki, sloveniyalı forvard Almaniya klubuyla müqaviləsini uzadacaq. Onun yeni sözləşməsində məvacibi də artırılacaq.

Şeşko ilə Premyer Liqa nəhəngləri yaxından maraqlanırdı. Ancaq o, klubunda qalmağı üstün tutub.


Paylaş: