
Uelslə oyun öncəsi Türkiyə millisinin heyətində dəyişiklik edilib.
Sportlife.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Açıqlamada Almaniya matçında zədələnən Emre Akbabanın heyətdən çıxarıldığı bildirilib.
"2024-cü il Avropa çempionatının seçmə mərhələsinin D qrupunda Uelslə səfər matçı üçün bu gün Berlindən Kardiffə gedəcək Milli Komandamızın namizəd heyətində dəyişiklik edilib. Milli futbolçumuz Emre Akbaba , dünən axşam Almaniyaya qarşı oynadığı xüsusi matçda dizindən aldığı zədə səbəbindən namizəd heyətdən uzaqlaşdırıldı".
Qeyd edək ki, Almaniya ilə yoldaşlıq görüşündə Əmrə Akbaba dizindən zədə alaraq 34-cü dəqiqədə oyunu tərk edib.