
Veteran futbolçu Keynə güvənir
İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi Ouen Harqrivz “Bavariya”nın hücumçusu Harri Keynin bu il “Qızıl top”u qazanmaq şanslarından danışıb.
Sportlife.az xəbər verir ki, veteran oyunçu Keynin həmişə yüksək səviyyədə oynadığını, lakin kuboklar qazana bilmədiyini qeyd edib.
O, forvardın bu mövsüm mütləq ən azı Bundesliqanı qazanmalı olduğunu vurğulayıb: “Bavariya” Çempionlar Liqasının qalibi olsa, Keyn “Qızıl top” mübarizəsinə qoşula bilər”.