Zidan tezliklə "Bavariya"ya keçir?

  • 19 Aprel 2024, 17:55

"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan tezliklə "Bavariya"ya rəhbərlik edə bilər.

Sportlife.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, tərəflər hələ də bəzi detalları müzakirə etdiyindən müqavilə imzalanmayıb. 51 yaşlı fransalı mütəxəssis klub rəhbərliyindən komandanın müdafiəsini gücləndirməyi xahiş edib.

Daha əvvəl məlum olmuşdu ki, “Bavariya”nın hazırkı baş məşqçisi Tomas Tuxel 2023/24 mövsümünün sonunda klubu tərk edəcək.

“Bavariya” 29 oyundan sonra 63 xalla Almaniya çempionatının turnir cədvəlində ikincidir.


Paylaş: