Azərbaycan millisinin üzvü Qazaxıstan klubunda

Azərbaycan millisinin üzvü Qazaxıstan klubunda

  • 23 İyul 2019, 15:07

Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Aysun Əliyeva karyerasına Qazaxıstanda davam edəcək.

Sportlife.az AFFA-nın “facebook” səhifəsinə istinadən xəbər verir ki, Əliyeva Qazaxıstanın “Okjetpes” klubu ilə anlaşıb. Futbolçu, Qazaxıstan təmsilçisi ilə 6 aylıq müqavilə imzalayıb.

Daha öncə millinin digər üzvləri Nərgiz Hacıyeva, Manə Mollayeva və Vüsalə Seyfəddinova Rusiyanın “Ryazan” klubu ilə 5 aylıq müqavilə imzalamışdı.


Paylaş: