"Barselona"nın qayıdışı

  • 19 Aprel 2024, 14:28

“Barselona”nın “Nou Kamp” stadionuna qayıdacağı tarix müəyyənləşib.

Sportlife.az xəbər verir ki, bu barədə qərarı İspaniya klubunun direktorlar şurası verib.

La Liqa təmsilçisi doğma arenasına dekabrın 15-də qayıdacaq. Amma stadionun tutumu 60 faizlə məhdudlaşacaq. Öncədən komandanın noyabrın 29-da, klubun 125 illiyində öz stadionuna qayıtması planlaşdırılırdı.

Qeyd edək ki, “Barselona” 2023-cü ildən ev matçlarını “Nou Kamp”dakı yenidənqurma işlərinə görə Olimpiya stadionunda keçirir.


Paylaş: