"Eqnatiya" rəsmisi Sportlife.az-a danışdı - "Niyə də Zamiq eyni şeyi etməsin?"

  • 11 İyun 2024, 11:10

Albabiyanın "Eqnatiya" klubunun meneceri Kleydi Zenelay Sportlife.az saytına müsahibə verib. O, Zamiq Əliyevin kluba transferindən və digər məsələlərdən söz açıb.

- Zamiqin komandanıza transferi necə baş verdi?

Bizim əməkdaşlıq etdiyimiz müxtəlif müxtəlif agent qruplarımız var. Zamiq bizə yanvar ayında təklif olunmuşdu və biz müqavilə imzalamağa qərar verənə qədər onun oyunlarını izləyirdik.

- Zamiqlə 3 illik müqavilə bağladınız. Bu, çox uzun müddətdir. Onunla bu qədər uzun əməkdaşlıq etməyin səbəbi nədir?

O, gəncdir və karyerasında iri addımlar atmaq üçün böyük potensiala malikdir. 
Düşünürük ki, o, məşqçinin və klubumuzun fəlsəfəsinə uyğun gəlir. Biz onunla çox çalışacağıq ki, onu təkmilləşdirək və bəlkə də sonra daha böyük liqalara transfer edək.

- Vüsal İsgəndərli sizin komandada çıxış edirdi. İndi də Zamiqi komandaya cəlb etmisiniz. Başqa azərbaycanlı futbolçu ilə maraqlanırsınız?

Vüsalın bizdə çox uğuru oldu. 6 ay komandada oynadı və 6 qol vurdu, məhsuldar ötürmələr etdi. İndi də millinin üzvüdür.
 Niyə də Zamiq eyni şeyi etməsin? Biz bazarı araşdırırıq, lakin hazırda konkret ad yoxdur.



Paylaş: