Fransanın da millimizlə oyun üçün heyəti açıqlandı
Futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan millisinin rəqibi olan Fransa yığmasının heyəti açıqlanıb. Sportlife.az xəbər verir ki, rəqibin baş məşqçisi Pyer Jaki siyahıya 14 futzalçının daxil edib.
O, qapıçılar - Joevin Duro, Camel Harun, Ba El Kerrumi, sahə oyunçuları - Azdin Ayqoun, Boukkay Ba, Samir Alla, Sid Belhac, Mişel De Sa Andrade, Adrien Qasmi, Samba Kebe, Abdessamad Mohammed, Suheyl Muhiddin, Landri Nqala, Kevn Ramiresə dəvət göndərib. Komanda hazırlığa yanvarın 20-də başlayacaq.