Futbolçumuz baş məşqçisiz qaldı

  • 3 Aprel 2024, 13:29

Azərbaycanlı futbolçu Sertan Taşkının çıxış etdiyi Türkiyənin "Manisa" klubu baş məşqçisi Mustafa Dalcı ilə yollarını ayırıb.

Sportlife.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

50 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. O, ötən ilin yayından "Manisa"nı çalışdırırdı.

Qeyd edək ki, Sertan Taşkın bu ilin yanvar ayında  Mustafa Dalcının istəyi ilə "Manisa"ya keçib.


Paylaş: