İdman direktoru Dadaşovu təriflədi

  • Dünən, 15:32

Polşanın “Motor” klubunun idman direktoru Pavel Qolanski Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun transferini dəyərləndirib.

Sportlife.az xəbər verir ki, Lublin klubunun rəsmisi forvarddan böyük gözləntilərinin olduğunu deyib.

Onun fikrincə, Dadaşovun üstün cəhətləri çoxdur: “Renat Dadaşov Azərbaycan millisində 38 oyun keçirib. Bu, onun nə dərəcədə bacarıqlı olduğunu göstərir. Ola bilsin ki, hələ istedadını tam aça bilməyib. O, bizim üçün uyğun profilli hücumçudur. “2-ci mərtəbə”də yaxşı oynayır, geriyə çəkilərək komandaya kömək edə bilir, hətta müdafiə olunarkən də çox çalışır. O, güclü Avropa liqalarında çıxış edib. Son yarım ili keçirdiyi Ekstraklasanın reallıqlarını da yaxşı bilir”.

Qeyd edək ki, ötən mövsümü “Radomyak”da keçirən Renat Dadaşov bu yay “Motor”la 1 illik müqavilə imzalayıb.


Paylaş: