
"Neftçi"dən daha bir transfer
“Neftçi” növbəti transferini reallaşdırıb.
Klubdan Sportlife.az-a verilən məlumata görə, rumıniyalı sağ cinah müdafiəçisi Kristian Kostin bundan sonra "ağ-qaralar"ın şərəfini qoruyacaq.
27 yaşlı futbolçu ilə "1+1" illik müqavilə bağlanıb.
Bunadək yalnız Vətənində çıxış etmiş Kostinin sonuncu klubu “Dinamo” (Buxarest) olub.
O, bir neçə mövqedə oynamağı bacaran universal futbolçudur.