Mutudan Qurban Qurbanova yüksək qiymət

  • Dünən, 18:07

"Qarabağ"ın fəlsəfəsi topa sahib olmaq, oyunu qısa ötürmələrlə qurmaq, oyunçular arasında hərəkətli mövqe dəyişmək üzərində qurulub. Onlar son 10-12 ildə Azərbaycan futboluna hakimdirlər və həqiqətən də güclü komandadırlar".

Sportlife.az xəbər verir ki, bu sözləri "Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya “Şelburn”u üzərində qələbə qazanacağı təqdirdə FKSB (Rumıniya) – “Şkendiya” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq "Qarabağ" haqda danışarkən deyib.

Rumın mütəxəssis Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov barədə də fikirlərini açıqlayıb: "Komandanın baş məşqçisi 2008-ci ildən ona rəhbərlik edən Qurban Qurbanovdur. O, “Qarabağ” üçün əsas simadır. Səhv etmirəmsə, müasir Azərbaycan futbolunun ən uğurlu məşqçisidir".

Qeyd edək ki, "Şkendiya" və FKSB arasında ilk matç 1:0 hesabı ilə Şimali Makedoniya klubunun xeyrinə yekunlaşıb.


Paylaş: