
KL: "Zirə" qələbəni əldən verdi
"Zirə" və Xorvatiyanın "Hayduk" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu başa çatıb.
Sportlife.az xəbər verir ki, "Neftçi Arena"da təşkil olunmuş qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Hesabı 31-ci dəqiqədə "Zirə"nin yeni transferi Brahim Konate açıb. 6 dəqiqə sonra o, zədələnərək, meydanı tərk edib.
68-ci dəqiqədə isə "Hayduk"un futbolçusu Antoni Kalik bərabərlik qolunu vurub.
Cavab görüşü iyulun 31-də keçiriləcək.