
"Real"ı "Elçe"yə dəyişdi
"Real"ın hücumçusu Alvaro Rodriqes "Elçe"yə transfer olub.
Sportlife.az xəbər verir ki, 21 yaşlı uruqvaylı yeni klubu ilə 4 mövsümlük müqavilə imzalayıb.
Qeyd edək ki, Rodriqes Madrid klubunda 2020-ci ildən çıxış edirdi. O, əsas komandada 10 oyun keçirib, bir qol vurub, bir məhsuldar ötürmə edib.