
"Yuventus" gənc futbolçunu birdəfəlik aldı
"Yuventus" "Portu"nun hücumçusu Fransişku Konseysaunu birdəfəlik transfer edib.
Sportlife.az xəbər verir ki, Turin klubu 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb.
"Portu" transfer məbləğinin 32 milyon avro olduğunu bildirib.
Qeyd edək ki, keçən mövsüm Konseysau “Qoca Sinyora”da icarə əsasında oynadığı 40 matçda 7 qol vurub və 6 məhsuldar ötürmə edib.