
Məşhur futbolçunun qardaşı "Milan"a keçir
Müdafiəçi Qela Due "Strasburq"dan "Milan"a keçə bilər.
Sportlife.az xəbər verir ki, İtaliya klubu 22 yaşlı futbolçu üçün 22 milyon avro ödəməyə hazırdır.
Qela PSJ-nin hücumçusu Desire Duenin böyük qardaşıdır.
Qeyd edək ki, futbolçunun klubu ilə hazırkı müqaviləsi 2029-cu ilə qədərdir.