Ten Haq son nöqtəni qoydu

  • Dünən, 15:49

"Bayer"in baş məşqçisi Erik ten Haq yarımmüdafiəçi Qranit Cakanın bu yay klubu tərk etməyəcəyini açıqlayıb.

Sportlife.az xəbər verir ki, mütəxəssis klubun artıq 3 vacib futbolçunu əlindən buraxdığını bildirib:

"Daha heç kimi buraxmayacağıq. Qranit liderdir və onun daha 3 illik müqaviləsi var.”

Qeyd edək ki, ötən mövsüm Caka bütün yarışlarda 49 oyun keçirib, 2 qol vurub və 7 məhsuldar ötürmə edib.


Paylaş: