
"Real" "10"nu Ardaya vermədi
"Real"ın hücumçusu Kilyan Mbappe gələn mövsüm 10 nömrə formanı geyinəcək.
Sportlife.az xəbər verir ki, bu nömrə daha əvvəl Luka Modriçə məxsus idi və o, azad agent kimi bu yay klubdan ayrılıb.
26 yaşlı fransız isə Madrid klubunda daha əvvəl 9 nömrə ilə çıxış edib.
Qeyd edək ki, daha əvvəl 10 nömrəli formanın Arda Gülərə veriləcəyi iddia olunurdu.