
Millinin futbolçusu "Benfika"da
"Benfika" "Palmeyras"dan yarımmüdafiəçi Riçard Riosu transfer edib.
Sportlife.az xəbər verir ki, 25 yaşlı futbolçu Portuqaliya klubu ilə 2030-cu ilə qədər müqavilə imzalayıb.
"Qartallar" Kolumbiya millisinin üzvü üçün 27 milyon avro ödəyib.
Qeyd edək ki, futbolçunun inkişafında iştirak edən klublara da əlavə 419 min avro ödəniləcək.