Veteran futbolçu evində ölü tapıldı

  • Dünən, 14:34

"Fiorentina"nın keçmiş futbolçusu Selest Pin evində ölü tapılıb.

Sportlife.az xəbər verir ki, onun cəsədini polisə müraciət edən qohumlarından biri Florensiyadakı evində aşkar edib.

Hüquq-mühafizə orqanları ölümün hansı şəraitdə baş verdiyini araşdırır.

Qeyd edək ki, Selest Pinin 64 yaşı var idi.


Paylaş: