
Nigeriyalı hücumçuya Azərbaycandan təklif
Nigeriyalı futbolçu Nsunqusi Effionq karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportlife.az xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı hücumçu ölkəmizdən təklif alıb. Bunu Effionq özü də etiraf edib.
Ucaboy mərkəz hücumçusu Qazaxıstan və Azərbaycanda çıxış etmək variantının olduğunu bildirib. O, bu işlərlə menecerinin məşğul olduğunu, karyerasını harada davam etdirəcəyini hələ dəqiqləşdirmədiyini söyləyib.
Qeyd edək ki, son olaraq “UTA Arad”da çıxış edən Nsunqusi Effionq bu ay Rumıniya klubundan ayrılıb və hazırda azad agent statusu daşıyır.