
Rodriqo Premyer Liqa yolunda
“Tottenhem” Rodriqonu transfet etmək niyyətindədir.
Sportlife.az xəbər verir ki, ingilislər "Real"ın 24 yaşlı hücumçusunu heyətinə cəlb etməyə çalışır.
Daha əvvəl Rodriqo üçün "Liverpul", "Arsenal", "Çelsi" və "Bavariya"nın mübarizə apardığı bildirilirdi.
Qeyd edək ki, Madrid klubu braziliyalı futbolçu üçün ən azı 100 milyon avro almaq istəyir.