"Kəpəz"ə sponsor tapıldı - RƏSMİ

  • Dünən, 17:56

"Unibank" "Kəpəz"in inkişafına dəstək verəcək.

Sportlife.az xəbər verir ki, bu məqsədlə tərəflər arasında sponsorluq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, "Unibank" klubun əsas sponsoru qismində çıxış edərək "Kəpəz"in inkişafına maliyyə dəstəyi göstərəcək.

Bildirilib ki, məqsəd yalnız bir futbol klubuna dəstək deyil – bölgədə idmanın, xüsusən gənclər arasında futbola marağın yenidən güclənməsinə töhfə verməkdir.

"Unibank"ın İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov klubla imzalanan müqaviləni bankın idmana dəstək strategiyasının davamı kimi qiymətləndirib: “Unibank"ın ölkə idmanına, xüsusilə də milli futbolumuzun inkişafına dəstəyinin tarixi uzun illərə dayanır. Bank olaraq, bu sahədə müəyyən ənənələr formalaşdırmışıq. İndi isə bu ənənəni Azərbaycanın ən sevilən bölgə klublarından biri olan "Kəpəz"lə davam etdirməkdən şadıq. Bu müqavilə yalnız sponsorluq deyil – bölgə üçün sosial və emosional əhəmiyyət daşıyan bir mesajdır. Ümid edirik ki, birlikdə uğurlu və uzunmüddətli yol qət edəcəyik”.

"Kəpəz"in İdarə Heyətinin üzvü Fərman Əlizadə bu dəstəyin klubun yeni mərhələyə keçidi üçün mühüm addım olduğunu vurğulayıb: "Unibank”ın çətin dövrümüzdə yanımızda olması və bu əməkdaşlığa səmimi inancla yanaşması bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu müqavilə təkcə maliyyə tərəfdən deyil, mənəvi baxımdan da böyük dəstəkdir. Ümid edirik ki, bu tərəfdaşlıq nəticəsində klubumuz keçmiş şöhrətini yenidən qazanacaq”.


Paylaş: