
"Zirə"də gözlənilən ayrılıq reallaşdı
Salifu Suma “Zirə”dən ayrılıb.
Sportlife.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasında sabah “Xayduk”a qarşı keçirəcəkləri oyundan əvvəl baş tutan mətbuat konfransında deyib. O, Sumanın klubla vidalaşdığını açıqlayıb.
“Zirə” “Xayduk”la ilk oyunu sabah Bakıda keçirəcək. Matç saat 19:30-da başlayacaq. Cavab görüşü isə iyulun 31-də Xorvatiyada olacaq.