
Rəşad Sadıqov Yurçeviçin cavabını verdi
"Uzun müddət Azərbaycanda çalışmış biri fikir səsləndirərkən daha diqqətli olmalı idi”.
Sportlife.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının II təsnifat mərhələsinin “Xayduk”la ilk matçından öncə keçirilmiş mətbuat konfransında deyib.
O, millimizin sabiq baş məşqçisi Nikola Yurçeviçin açıqlamasına cavab verib: "Oyuna bir gün qalmış vaxtımız çox olur. Cənab Nikola Yurçeviç bir-iki açıqlama verib. Ona cavab vermək istəyirəm. Qabardıb ki, “Zirə”də 15 legioner çıxış edir. Son 2 ildə ikinci yeri tutmuşuq və ötən il pley-offda çıxış etmişik. Meydanda 4 yerli oynayıb. Bu uğuru tək legionerlər formalaşdırmayıb. Bir yerdə də qeyd edib ki, "Zirə"də yaxşı məvacib alırlar. Bu, düzgün fikir deyil. Əgər elə imkanı varsa, öz müqaviləsi haqda danışsın ki, Azərbaycandakı maaşı nə qədər olub. Mənim futbolçularım haqq etdiyindən daha az alırlar. Bu haqda onda məlumat ola bilməz ki, bizim oyunçular nə qədər alırlar. Yaxşı olardı ki, işlədiyi dövrdə millidə nə qədər legioner çıxış edirdi, nə qədər məvacib alırdı, ondan danışsın. Ondan gözləməzdim. Azərbaycanda işləyib, burada bəlkə karyerası boyu verilməyən dəyər görüb. İstərdim ki, verdiyi açıqlamalarda daha diqqətli olsun".