Cekson Premyer Liqada qalacaq

  • Dünən, 17:06

Nikolas Cekson karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, 25 yaşlı hücumçu "Çelsi"dən ayrılmaq niyyətindədir. Lakin seneqallı futbolçu Premyer Liqada qalmaq istədiyi üçün "Napoli" və "Milan"ın təkliflərini rədd edib.

Hazırda isə oyunçunu almağa əsas namizəd "Mançester Yunayted"dir və klub bu transfer üçün 80 milyon funt-sterlinq ödəməli olacaq.


Paylaş: