"Neftçi"dən Polşada 2-ci heç-heçə

  • Dünən, 15:48

Təlim-məşq toplanışını Polşada davam etdirən "Neftçi" növbəti yoxlama matçında bərabərə qalıb.

Sportlife.az xəbər verir ki, Bakı klubu yerli "Termalika" komandası ilə heç-heçə edib.

“Sportovi novini” stadionunda baş tutan qarşılaşmada tərəflər hərəyə 2 dəfə fərqləniblər.

"Ağ-qaralar"ın qollarını Freddi Varqas və Bassala Sambu vurublar.

Qeyd edək ki, Samir Abasovun baş məşqçisi olduğu kollektiv toplanış çərçivəsindəki ilk görüşdə "Hapoel" (Təl-Əviv, İsrail) ilə heç-heçə oynayıb - 1:1. "Neftçi" növbəti yoxlama görüşlərini Yunanıstanın “Asteras” (27 iyul) və Kiprin AEL (1 avqust) klublarına qarşı keçirəcək.


Paylaş: