Millimizin Millətlər Liqasındakı rəqibləri müəyyənləşdi

  • 8 Fevral 2024, 20:38

Bu gün Millətlər Liqasının 2024/25 mövsümünün püşkü atılıb.

Sportlife.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilən mərasimdə Azərbaycan yığmasının rəqibləri də müəyyənləşib.

Milli komanda C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə mübarizə aparacaq

Qeyd edək ki, Millətlər Liqasının 2024/2025 mövsümü sentyabrın 5-7-də keçiriləcək ilk turun oyunları ilə start götürəcək.


Paylaş: