"Turan Tovuz"da növbəti ŞOK AYRILIQ: Nadir Nəbiyev yayılan xəbərləri təsdiqlədi

  • 27 İyul 2024, 13:38

Bir müddətdi "Turan Tovuz" rəsmisi Nadir Nəbiyevin klubdan ayrıldığı yönündə mətbuatda və futbol ictimaiyyətində müxtəlif məlumatlar yayılır. İddia olunur ki, uzun illərdi Tovuz təmsilçisinə rəhbərlik edən və son dönəmlərdə klubda uşaq futbolundan sorumlu olan Nəbiyev vəzifəsindən göndərilib.

Yazılanların nə dərəcə doğru olduğunu öyrənmək üçün millimizin sabiq üzvü ilə əlaqə saxladıq. O, iddialarla bağlı Sportlife.az saytına qısa açıqlama verdi:

"Bu barədə danışmaq istəmirəm. Məsələni müzakirə mövzusu etmək fikrim yoxdur. Ancaq həqiqət budur ki, hazırda "Turan Tovuz"la heç bir bağlılığım qalmayıb. Çox xırdalığa getmək fikrində deyiləm. Amma bu yolda rayon rəhbərliyi, azarkeşlər bizə çox dəstək olublar. Ən çətin günlərdə yanımızda olublar. Hər birinə təşəkkür edirəm.

Bu gün sevindirici haldır ki, hamılıqla əl-ələ verib komandanı Premyer Liqaya yüksəltmişik. Yeri gəlmişkən, media nümayəndələrinə də təşəkkür edirəm. Onlar da daima komandanın yanında olublar. "Turan Tovuz"un Premyer Liqaya çıxmasında həmişə bizə dəstək olublar, yanımızda durublar. Hər kəsə bir daha təşəkkür edirəm".

 


Paylaş: